Azərbaycanda 2.5 milyona yaxın şəxsə vaksin vurulub - Rəsmi

17:09 04.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 47637  nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 42266  nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 5371  nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2465719 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1540259 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 925460  nəfərdir.